Azərbaycanın İT mütəxəssisləri regionun ən böyük onlayn tədbirinə qatılacaq

Azərbaycanın İT mütəxəssisləri regionun ən böyük onlayn tədbirinə qatılacaq
# 08 sentyabr 2020 11:16 (UTC +04:00)

Sentyabrın 24-də "International Data Corporation" (IDC) beynəlxalq analitik şirkəti regionun ən böyük onlayn tədbiri sayılan "IDC Future of Enterprise Digital Summit"ni keçirəcək.

"APA-Economics" şirkətə istinadən xəbər verir ki, sammitdə Orta Asiya, Azərbaycan, Monqolustan, Gürcüstan və Rusiya nümayəndələri iştirak edəcək. Tədbir müxtəlif iş sahələrindən olan rəhbərlər arasında təcrübə və fikir mübadiləsi aparmaq üçün bir platforma olaraq nəzərdə tutulur.

Sammitin əsas mövzuları rəqəmli innovasiyaların, işin, intellektin və infrastrukturun gələcəyi olacaq. Məruzəçilər qismində IDC-nin vitse-prezidenti Andrey Beklemişev, IDC-nin Rusiya və MDB üzrə vitse-prezidenti Robert Fariş və IDC-nin Rusiya və MDB üzrə tədqiqat direktoru Yelena Semenovskaya çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR