Azərbaycanın İT şirkətləri qlobal bazara çıxacaq

Azərbaycanın İT şirkətləri qlobal bazara çıxacaq
# 23 dekabr 2020 17:16 (UTC +04:00)

Azərbaycanda innovasiyalar sahəsində fəaliyyət göstərən şirkətlər, habelə İnnovasiyalar Agentliyin tabeliyində olan texnoparkların rezidentlərinin qlobal bazara çıxışı təmin olunacaq.

Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, qarşıda qoyulan bu məqsədin həyata keçirilməsində Agentliyin Elmi Parklar və İnnovasiyalar Assosiasiyasına (IASP) tam üzvlük əldə edilməsi müstəsna rol oynayacaq. Belə ki, Agentlik IASP sertifikatını əldə edib.

İnnovasiyalar Agentliyinin IASP kimi beynəlxalq assosiasiyanın tam üzvünə çevrilməkdə məqsədi, həmçinin qurumun bütün üzvləri ilə kommunikasiyanın və innovasiyalar sahəsində çalışan biznes qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

IASP tərəfindən keçirilən təcrübə mübadilə konfranslarında, eyni zamanda innovasiyalar sahəsində yeniliklərə və trendlərə həsr olunan tədbirlərdə iştirak, Azərbaycanda innovasiya ekoisteminin inkişafına təkan verəcək.

Qeyd edək ki, hazırda IASP təşkilatında 77 ölkədən, 350 üzv və 115 mindən çox şirkət təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR