Azərbaycanın OTT operatorunun xidməti "Samsung" və LG televizorlarına inteqrasiya olunub

Azərbaycanın OTT operatorunun xidməti "Samsung" və LG televizorlarına inteqrasiya olunub
  • Clock-gray 16:25
  • calendar-gray 24 Dekabr 2019

Azərbaycanın RATV şirkətinin OTT (“Over the Top”) əlavəsi “Samsung” və LG televizorlarının tətbiq mağazalarına çıxarılıb.

Bu barədə “APA-Economics”ə şirkətdən bildirilib.

Tətbiq müvafiq olaraq “Tizen OS” və “WebOS” əməliyyat sistemlərində işləyən “smart” televizorlar üçün tam uyğunlaşdırılıb. Proqram təminatını televizorların menyusuna inteqrasiya etdikdə, şirkətin OTT xidmətlərindən dekoder tələb olunmadan istifadə etmək mümkündür.

Hazırda bu funksional “Samsung” və LG televizorlarının yeni modellərində istifadə oluna bilər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date