Azərbaycanın ali təhsil müəssisələrinin inkubasiya və innovasiya mərkəzləri sertifikatlaşdırılacaq

Azərbaycanın ali təhsil müəssisələrinin inkubasiya və innovasiya mərkəzləri sertifikatlaşdırılacaq
# 23 sentyabr 2020 16:27 (UTC +04:00)

Azərbaycanın ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzləri sertifikatlaşdırılacaq.

İnnovasiyalar Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, proqramın əsas məqsədi ölkədə fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin fəaliyyət keyfiyyətini yüksəltməkdir.

İlk mərhələdə beynəlxalq standartlara əsasən ekosistemlərin aparıcı fiquru olan həm maddi-texniki, həm insan resursları, həm gənc potensiallara çıxış, həm də tədqiqat və innovasiyaların təkanvericisi olan ali təhsil müəssisələri ilə işə start veriləcək.

Proqram ali təhsil müəssisələrində fəaliyyət göstərən inkubasiya və innovasiya mərkəzlərinin və onların koordinatorlarının beynəlxalq standartlara uyğun müvafiq təhsili alması və sertifikatlaşdırılmasını həyata keçirəcək.

Sertifikasiya və akreditasiya prosesi dörd mərhələdən ibarət olacaq. Birinci və ikinci mərhələdə inkubasiyaların qiymətləndirilməsi və məlumatlandırılması, üçüncü mərhələdə koordinatorların sertifikatlaşdırılması və son mərhələdə isə mərkəzlərin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur. Qurumların bu proqrama qoşulması könüllü xarakter daşıyır. Bu prosesin nəticəsində mərkəzlər startaplara daha güclü, effektiv və düzgün istiqamətdə təsir edə biləcək, onları istiqamətləndirə, inkişaf etdirə və qlobal bazarlar üçün hazır vəziyyətə gətirə biləcəklər.

Son mərhələdə mərkəzə sahib universitetlərdəki işin səviyyəsi və peşəkarlığı artırılacaq, mərkəzi olmayan universitetlərdə isə yeni mərkəzlərin açılması, innovasiya fəaliyyətinin başlanması üçün işlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR