Azərbaycanın bir sıra dövlət qurumunda informasiya sisteminin inkişafı ilə bağlı siyasət mövcud deyil

Azərbaycanın bir sıra dövlət qurumunda informasiya sisteminin inkişafı ilə bağlı siyasət mövcud deyil
# 05 aprel 2021 14:03 (UTC +04:00)

Azərbaycanın bir sıra dövlət qurumunda əksər hallarda informasiya sistemlərinin inkişafı ilə əlaqəli sərmayə istiqamətlərini müəyyənləşdirən və onlara əsaslandırma bazası ola biləcək ortamüddətli strateji sənədlər və ya siyasətlər mövcud deyil.

APA-Economics”in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Qeyd olunur ki, qurumlarda yaradılan informasiya sistemlərinin idarə olunması yalnız operativ səviyyədə təşkil edilib və daha çox texniki dəstək funksiyasını yerinə yetirir.

İnformasiya sistemləri sahəsi üzrə ixtisaslaşmış strateji qərarvermə mexanizminin rolunu oynaya biləcək struktur elementlərin mövcud olmaması İS idarəçiliyi üzrə institusional boşluqlardan xəbər verir.

İnformasiya sistemlərinin yaradılması və ya təkmilləşdirilməsi zamanı istifadəçi ehtiyaclarının öyrənilməsi yetərli səviyyədə təmin edilməyib.

Qurumlarda informasiya təhlükəsizliyi, podrata verilmə (autsors) fəaliyyəti, ehtiyat surətlərinin çıxarılması və digər növ siyasətlər mövcud deyil və ya müvafiq təsdiqləmə prosedurundan keçmədiyi müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR