Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb

Azərbaycanın domen zonasında qeydiyyatdan keçən saytların sayı artıb
# 02 yanvar 2021 11:16 (UTC +04:00)

Azərbaycanın milli domen zonasında (".az") 35 967 internet resursu qeydə alınıb.

"APA-Economics"in WHOIS portalına istinadən verdiyi məlumata görə, 2020-ci il ərzində ".az" domenində qeydiyyatdan keçən saytların sayı 2019-cu ilin göstəricisi ilə müqayisədə 5,6% artıb. Qeydə alınan saytların ümumi sayının 33 637-si birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2020-cu ilin əvvəlində olan göstəricini 6% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə 1 329 sayt qeydiyyatdan keçib. Bu göstərici 2019-cu ilin göstəricisini cəmi 9 sayt üstələyir.

Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə 471 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricindən 2,6% çoxdur.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

pro.az

1

name.az

11

biz.az

19

pp.az

22

int.az

28

net.az

67

info.az

104

co.az

128

org.az

150

Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR