Azərbaycanın dövlət "bulud" provayderi tam kommersiya fəaliyyətinə keçəcək

Azərbaycanın dövlət "bulud" provayderi tam kommersiya fəaliyyətinə keçəcək
# 22 dekabr 2020 12:20 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzinin 2021-ci ildə kommersiya fəaliyyətinə başlaması planlaşdırılır.

"APA-Economics"in məlumatına görə, bunu şirkət tərəfindən təşkil olunan "Vaxtında rezervlənmə ilə məlumat itkisinin birdəfəlik həlli" adlı vebinarda çıxış edən "AzInTelecom"un "bulud məhsulları" üzrə aparıcı mütəxəssisi Fərrux Fərəcullayev deyib.

Onun sözlərinə görə, hazırda Yevlax rayonunda inşası başa çatan ehtiyat Data mərkəzinin sənədləşmə üzərində işlər aparılır: "Data mərkəzinin İT infrastrukturu tam hazırdır. Gələcəkdə müştərilərə ya Bakı, ya da Yevlaxdakı Data mərkəzini ehtiyat repozitoriy kimi seçim etməyə imkan veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR