Azərbaycanın dövlət elektron poçt sisteminə edilən fişinq hücumlarında aktivlik qeydə alınıb

Azərbaycanın dövlət elektron poçt sisteminə edilən fişinq hücumlarında aktivlik qeydə alınıb
  • Clock-gray 16:02
  • calendar-gray 02 Noyabr 2020

Son zamanlar erməni hakerlərin dövlət elektron poçt sisteminə müdaxilə etməsi adı ilə etdikləri paylaşımlar informasiya sisteminə edilən kiberhücum deyil, ayrı-ayrı elektron poçt istifadəçilərinə qarşı həyata keçirilən fişinq hücumlarının nəticəsidir.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə  verilən məlumata görə, belə ki, erməni hakerlər pandemiya dövründə, xüsusən də iyun ayında Azərbaycana qarşı kiberhücumlarda aktivlik göstərib, koronovirus və COVİD-19 məzmunlu çoxsaylı fişinq hücumları həyata keçiriblər.

Həmin kiberhücumlar mütəmadi olaraq Mərkəz tərəfindən monitorinq edilib və kiberhücumda istifadə olunan indikatorlar “AzStateNet” şəbəkəsi üzrə bloklanmış, əldə edilmiş yeni siqnaturalar isə “local sandbox” sisteminə əlavə edilib, eləcə də müxtəlif təhlükəsizlik “firewall” və antivirus şirkətləri tərəfindən bloklanması üçün qlobal təhlükəsizlik laboratoriyalarına göndərilib.

Həyata keçirilən təhlükəsizlik tədbirləri ilə yanaşı bir sıra dövlət qurumları əməkdaşlarının təhlükəsizliyi təmin olunan və bir çox saxta keçid və zərərvericilərin analiz edilərək blok olunduğu “AzStateNet” şəbəkəsi xaricindən (evdən) xidməti elektron poçtlarına qoşulması və saxta fişinq hücumlarına diqqət etmədən keçidlərə keçən əməkdaşların yoluxmasına və elektron poçtlarının ələ keçirilməsinə səbəb olub.

Bu kiberhücumların nəticəsində ələ keçirilən bir sıra istifadəçi elektron poçtlarından əldə edilən eyni sənədlər bu günə qədər 3 dəfə (17 iyun, 29 sentyabr və 31 oktyabr) hər dəfə yeni kiberhücum adı ilə müxtəlif kontekslərdə təqdim edilib.

Pandemiya müddətində müəyyən olunan belə kiberhücumların qarşısını almaq məqsədilə Mərkəz tərəfindən alternativ təhlükəsizlik tənzimləmələri də həyata keçirilib. Müharibə başlayan gündən düşmən tərəfindən dövlət informasiya resurslarına hər gün fasiləsiz çoxsaylı kiberhücum cəhdləri qeydə alınsa da bu cəhdlərin qarşısı uğurla alınır.

Hüseyn Vəliyev

Digər xəbərlər