Azərbaycanın dövlət qurumlarının İT infrastrukturu "Hökumət buludu"na miqrasiya ediləcək

Azərbaycanın dövlət qurumlarının İT infrastrukturu "Hökumət buludu"na miqrasiya ediləcək
# 24 fevral 2020 12:05 (UTC +04:00)

Bu ilin sonunadək bir sıra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən onlara aid olan İT infrastrukturların "Hökumət buludu"na miqrasiyası ilə bağlı aktivlik müşahidə olunacaq.

Bunu "APA-Economics"ə "AzInTelecom" MMC-nin kommersiya departamentinin rəhbəri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə müəyyən tendensiyalar yaranıb və bəzi qurumlar bu barədə düşünürlər.

"MMC-nin fəaliyyətinə nəzər yetirdikdə, deyə bilərəm ki, bizim müştəri bazamızın 60%-dən çoxu özəl sektorun payına düşür. Dövlət sektoru müəyyən səbəblərə görə DATA-mərkəzə miqrasiya edilməyib. Lakin müvafiq fərmanları rəhbər tutaraq biz bu qurumlarda istifadə olunan informasiya sistemlərinin ekspertizasını və auditini apardıq. Əldə olunan nəticələr qurumları bu barədə ciddi düşündürdü. Amma bu, başlanğıcdır və bu gün hər hansı aktivliyin müşahidə olunduğunu demək hələ tezdir. Gözləyirik ki, cari ildə bu istiqamətdə müəyyən aktivlik müşahidə olunacaq", - deyə R. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR