Azərbaycanın elm-kompüter şəbəkəsinin 70% trafiki təhsil şəbəkəsinə ötürülür

Azərbaycanın elm-kompüter şəbəkəsinin 70% trafiki təhsil şəbəkəsinə ötürülür
# 23 dekabr 2019 10:00 (UTC +04:00)

Azərbaycanın 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun "AzScienceNet" şəbəkəsi və DATA mərkəzinin xidmətlərindən yararlanmaq imkanı əldə edib.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, Avropa İttifaqının "EaPConnect" layihəsi çərçivəsində internet sürətinin 3Gb/s və "backup" (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb.

Təhsil Nazirliyinin "AzEduNet" şəbəkəsinin "AzScienceNet" şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlər çərçivəsində təklif olunan 1 Gbit/s internet trafikindən hazırda təqdim olunan sürətin 70%-i (700 Mbit/s) təhsil müəssisələri üçün ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR