Azərbaycanın mobil qurğular bazarında "Samsung" və "Apple"ın payları azalıb

Azərbaycanın mobil qurğular bazarında "Samsung" və "Apple"ın payları azalıb
  • Clock-gray 10:00
  • calendar-gray 07 Yanvar 2020

Ötən il ərzində Azərbaycanın mobil qurğular bazarında "Samsung"un bazar payı 2018-ci illə müqayisədə 3,2 faiz bəndi azalaraq 2020-ci ilin yanvarın 1-nə 54% təşkil edib.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Ötən ilin nəticələrinə görə "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 2018-ci illə müqayisədə 8 faiz bəndi artıb. Bu göstərici bu ilin yanvar ayının 1-nə olan məlumata görə 17,6% təşkil edib.

Üçüncü yerdə, bu ilin yanvar ayının 1-nə olan məlumata görə, bazar payı 12,6% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. 2019-cu ildə bu şirkətin məhsullarının Azərbaycan üzrə bazar payı 2018-ci illə müqayisədə 0,7 faiz bəndi azalıb.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 4,36%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,22%, "Nokia" – 1,64%, LG – 1,59%, HTC – 0,86%, "Lenovo" – 1%, "Alcatel" – 0,52% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date