Azərbaycanın neft-qaz sənayesində elektron tullantıların idarəetmə sistemi yaradılacaq

Azərbaycanın neft-qaz sənayesində elektron tullantıların idarəetmə sistemi yaradılacaq
# 04 fevral 2021 12:10 (UTC +04:00)

Azərbaycanda neft-qaz sənayesində elektron tullantıların (ET) idarəetmə sisteminin yaradılması üçün təkliflər işləniləcək.

İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, cari ildə qeyd olunan mövzu ilə bağlı araşdırmaların aparılması nəzərdə tutulur.

Bu istiqamətdə MDB ölkələrində elektron tullantıların idarəçiliyi sahəsindəki mövcud vəziyyətin monitorinqi və müqayisəli analizi aparılacaq, həmçinin elektron tullantıların müasir idarəçilik modelləri araşdırılacaq.

Bu günədək İnstitut tərəfindən ET və onların ətraf mühit və insan sağlamlığı üçün yaratdığı problemlər araşdırılıb, ET idarəçiliyi üzrə dünya təcrübəsi, eləcə də Azərbaycanda mövcud vəziyyətin monitorinqi və Avropa İttifaqı ilə müqayisəli analizi aparılıb.

Qeyd edək ki, ölkədə elektron tullantıların utilizasiyası ilə bağlı araşdırmalar həmçinin "Təmiz Şəhər" ASC tərəfindən də aparılır. Belə ki, bu istiqamətdə fəaliyyət göstərən potensial rezidentləri cəlb etmək məqsədilə müəssisə tərəfindən danışıqlar aparılır. Hazırda isə ASC Türkiyə müəssisələri ilə bağladığı üçtərəfli müqaviləyə əsasən, elektron tullantılar toplanaraq utilizasiya üçün göndərilir Türkiyəyə. Gələcəkdə isə bu işlərin Azərbaycanda qurulması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR