Azərbaycanın sabit genişzolaqlı internet şəbəkəsində bir istifadəçiyə düşən sürət 45 Mbit/s çatdırılacaq

Azərbaycanın sabit genişzolaqlı internet şəbəkəsində bir istifadəçiyə düşən sürət 45 Mbit/s çatdırılacaq
# 22 dekabr 2020 13:20 (UTC +04:00)

Azərbaycanda 2024-cü ilədək fiber-optik və LTE texnologiyaları ilə genişzolaqlı internet şəbəkələrinin və xidmətlərin əhatə dairəsi 80%-dək genişləndiriləcək.

"APA-Economics"in məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Qeyd olunur ki, bu hədəf çərçivəsində ölkədə 2024-cü ilədək güclü infrastrukturun qurulması ilə bağlı mexanizmlərin tətbiqi mühüm rol oynayır. Həm ümumi infrastruktur, həm də "son mil" səviyyəsində fiber-optik şəbəkəyə investisiya qoyuluşlarının davamlı şəkildə artırılması nəzərdə tutulur.

Bu yolda ölkə əhalisinin sıx məskunlaşdığı bölgələrdə mənzilədək optika formatlı (FTT-X) genişzolaqlı xidmətlərin təminatı, eləcədə qəsəbələrdə və əhalinin məskunlaşma sıxlığın az olduğu bölgələrdə xidmətlərin əhatə dairəsi genişləndirilməsi və ərazinin relyefindən asılı olaraq texnoloji yanaşma tətbiq edilərək ucqar yaşayış məntəqələrinin telefonlaşdırılması və genişzolaqlı xidmətlərinin göstərilməsi planlaşdırılır.

Hazırda mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətlərini fiber-optik texnologiyalarla (FTT-X standartına) əsaslanan xidmətlərlə əvəz etməklə, genişzolaqlı xidmətlərin keyfiyyətinin və sürətinin artırılması, eləcədə şəbəkənin əhatə dairəsinin 2024-cü ildə 90%-ə, eyni zamanda, sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin 3,6 Mbit/s orta sürətindən 2024-cü ildə 45 Mbit/s çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR