Azərbaycanlı alimlər kosmik sahədə keçirilən elmi müsabiqələrə dəvət olunub - FOTO

Azərbaycanlı alimlər kosmik sahədə keçirilən elmi müsabiqələrə dəvət olunub - FOTO
# 08 dekabr 2020 13:33 (UTC +04:00)

“Azərkosmos” ASC Azərbaycanlı alimləri, elm adamlarını və tədqiqatçıları “IAC 2021” və “GLEX 2021” kosmik sahə üzrə elm müsabiqələrində iştirak etməyə dəvət edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, müsabiqələr elmi işlərin və məqalələrin 2021-ci il Dubay şəhərində keçiriləcək 72-ci Beynəlxalq Astronavtika Konqresində (IAC 2021) və Sankt-Peterburq şəhərində baş tutacaq “Qlobal Kosmik Tədqiqat Konfransı”nda (GLEX 2021) təqdim etmək fürsəti verir.

“Azərkosmos” kosmik sahə üzrə elmi işlər 2021-ci ildə keçiriləcək dünyanın ən böyük kosmik tədbiri – 72-ci Beynəlxalq Astronavtika Konqresində nümayiş olunması üçün qeydiyyatdan keçirməyə dəvət edir.

Elmi işləri qeydiyyatdan keçirmək üçün link: https://www.iafastro.org/news/iac-2021-call-for-session-proposals-and-abstracts.html.

Qeyd edək ki, 2020-ci ildə planlaşdırılan Beynəlxalq Astronavtika Konqresi dünyada davam edən koronavirus (COVID-19) pandemiyası səbəbi ilə 2021-ci ilin 25-29 oktyabr tarixlərinə təxirə salınıb və uyğun olaraq bu ilki müsabiqənin nəticələri də növbəti il açıqlanacaq.

Bununla yanaşı, 2020-ci ildə Sankt-Peterburq şəhərində planlaşdırılan “Qlobal Kosmik Tədqiqat Konfransı” da (GLEX 2021) 2021-ci ilin 14-18 iyun tarixlərinə təxirə salınıb. “GLEX 2020”nin mövzularına uyğun olaraq hazırlanan elmi işləri daha da inkişaf etdirib və ya “GLEX 2021” tədbirinin mövzularına uyğun yeni elmi işləri 29 yanvar 2021-ci il tarixinə qədər aşağıdakı keçiddən qeydiyyatdan keçirmək olar: https://iafastro.directory/iac/account/login/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR