"Azərişıq" 19 qanunsuz qoşulma aşkar edib

"Azərişıq" 19 qanunsuz qoşulma aşkar edib
  • Clock-gray 10:51
  • calendar-gray 25 Sentyabr 2020

“Azərişıq” ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarında ciddi pozuntu halları aşkar olunub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, elektrik enerjisindən kənar xətlə istifadə, sayğaca müdaxilə, sayğac möhürlərinin pozulması halları aşkarlanaraq aktlaşdırılıb.

Son günlər 19 belə faktla bağlı barələrində müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunub.

Qüsurlar əsasən paytaxtın Xətai, Nizami, Xəzər, həmçinin Xırdalan və Sumqayıt şəhərlərində aşkar olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər