"Azərişıq": 2005-2010-cu illərdə quraşdırılmış elektrik sayğaclarının istismar müddəti bitmək üzrədir

"Azərişıq": 2005-2010-cu illərdə quraşdırılmış elektrik sayğaclarının istismar müddəti bitmək üzrədir
# 30 iyun 2020 16:32 (UTC +04:00)

"2005-2010-cu illərdə istismara verilən elektrik sayğaclarının istismar müddətinin bitməsi yaxınlaşmaq üzrədir".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

Onun sözlərinə görə, hazırda bu sayğacların dəyişməsi ilə bağlı işlər aparılır: "İstismarda iki tip sayğac mövcuddur. Onlar həm kart, həm də SMS tipli sayğaclardır. Hazırda bizim anbarda olan sayğaclar "PoudRaad" şirkətinin sayğaclarıdır".

Q. Həmidov həmçinin əlavə edib ki, ümumilikdə, müəssisə üzrə 550 mindən çox smart sayğac istismardadır, onlardan 300 mindən çoxu "PoudRaad" tipli sayğaclardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR