"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib
  • Clock-gray 12:56
  • calendar-gray 17 Fevral 2021

Azərbaycan ərazisində havaların kəskin soyuyacağı, qar və sulu qarın yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

“Elektrik eneriisi təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür”, - “Azərişıq”dan bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər