"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir

"Azərişıq" hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir
  • Clock-gray 12:04
  • calendar-gray 23 Fevral 2021

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

Hüseyn Vəliyev

Digər xəbərlər