"Azərişıq" istehlakçılara borcları haqqında SMS göndərəcək

"Azərişıq" istehlakçılara borcları haqqında SMS göndərəcək
# 12 iyun 2020 14:50 (UTC +04:00)

Azərbaycanda elektrik enerjisi abunəçiləri həm SMS, həm də elektron poçt vasitəsi ilə “Azərişıq" ASC-yə olan borcları haqqında bildirişlər ala biləcək.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu sistem müəssisə tərəfindən test rejimində mart ayında istifadəyə verilib. Daha sonra isə hökumətə təklif edilib ki, pandemiya şəraitində sistemdən istifadə genişləndirilsin.

Qeyd edək ki, hazırda ASC-nin ümumi sayı 2 509 066 olan məişət abunəçilərinin 1 057 237-nin GSM məlumatları sistemə daxil edilib. Digər abunəçilərin məlumatları daxil edildikdən sonra bildirişlər icbari qaydada avtomatik olaraq göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR