"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
  • Clock-gray 15:53
  • calendar-gray 12 İyun 2020

“Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya, internet və peyk xidmətləri üzrə daha bir aparıcı provayderi olan “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, əməkdaşlığa əsasən “HorizonSat” şirkəti müştərilərinə Yaxın Şərq və Şimali Afrika regionunda “Azerspace-1” peyki vasitəsilə data xidmətləri təqdim edəcək. “HorizonSat” şirkəti “Azerspace-1” peykinin C-diapazonu ilə özünün teleportları üzərindən daha çox müştəriyə xidmət göstərə biləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər