"Azərkosmos" qlobal media yayım şirkəti ilə əməkdaşlığa başlayıb

"Azərkosmos" qlobal media yayım şirkəti ilə əməkdaşlığa başlayıb
# 22 sentyabr 2020 12:38 (UTC +04:00)

“Azərkosmos” ASC qlobal yayım xidmətləri bazarında fəaliyyət göstərən və televiziya və radio kanallarının yayımını həyata keçirən “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Viewmedia” şirkəti Yaxın Şərq, Avropa və Afrika regionlarında müştərilərinə “Azerspace-1” peykinin resursları vasitəsilə rəqəmsal peyk xidmətləri təqdim edəcək.

“ViewMedia” şirkəti dünya miqyasında istənilən yerüstü platformadan 150-dən çox televiziya və radio kanallarının yayımını təmin edir və yüksək keyfiyyətli infrastrukturu vasitəsilə video məzmunun asanlıqla daşıyıcılara paylanmasını həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR