"Azərpoçt"a yeni direktor müavin təyin olunub

"Azərpoçt"a yeni direktor müavin təyin olunub
# 12 mart 2021 11:50 (UTC +04:00)

"Azərpoçt" MMC-nin baş direktoruna yeni müavin təyin olunub.

"APA-Economics"in məlumatına görə, bu vəzifə Xəyyam Əlizadəyə həvalə olunub. O, vəzifəsinin icrasına fevralın 22-dən başlayıb.

Bu təyinatla baş direktorun müavinlərinin sayı üçə çatıb.

Qeyd edək ki, X. Əlizadə 1972-ci ilin noyabrın 29-da Bakı şəhərində anadan olub. 1989-cu ildə Patris Lumumba adına Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1994-cü ildə həmin fakültəni riyaziyyatçı ixtisası ilə bitirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR