"Azərsu" yeni elektron xidməti istifadəyə verib

"Azərsu" yeni elektron xidməti istifadəyə verib
# 15 aprel 2020 12:43 (UTC +04:00)

“Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Elektron faktura" adlı yeni elektron xidmət istifadəyə verilib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sayca 19-cu olan bu xidmət vasitəsilə əhali qrupu üzrə sayğacsız və mexaniki sayğaclı istehlakçılar içməli su və tullantı su xidmətlərinə görə formalaşmış ən son fakturalarını əldə edə bilərlər.

Xidmətdən istifadə etmək üçün abonentlər www.azersu.az saytına daxil olub "Elektron faktura" (https://xidmet.azersu.az/e-services/exidmet/login/?id=5) panelini seçir. Açılan pəncərədə abonent kodu daxil edildikdən sonra ən son tərtib olunmuş faktura bildirişi dərhal abonentə təqdim olunur. Burada yerləşdirilmiş “Online ödə” pəncərəsi vasitəsilə abonentlər içməli su və tullantı su xidmətlərinə olan borclarını onlayn qaydada ödəyə bilərlər.

Abonentlər bildirişləri hər ay davamlı olaraq əldə etmək istədikdə “Abunə ol” seçimini etməklə müvafiq məlumatları daxil edib qeydiyyatdan keçməlidir. Faktura bildirişləri qeydiyyatdan keçmiş abonentin e-mail ünvanına və SMS vasitəsilə mobil telefonuna hər ay mütəmadi qaydada göndəriləcək. Fakturaların hər ay avtomatik göndərilməsi xidməti abonent tərəfindən istənilən vaxt dayandırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR