"Aztelekom" 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib - FOTO

"Aztelekom" 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib - FOTO
# 09 iyul 2020 12:40 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edildi.

“Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.

Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.

“Aztelekom” rəsmisi qurumun regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib: “Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur. Müasir xidmətlərin çeşidini və həcmini artırmaq üçün mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan xidmətlərlə əvəz edilir”, - deyə E. Cabarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR