BƏƏ ilə İsrail arasında müntəzəm uçuşlara noyabrın sonunda başlanacaq

BƏƏ ilə İsrail arasında müntəzəm uçuşlara noyabrın sonunda başlanacaq
  • Clock-gray 14:41
  • calendar-gray 04 Noyabr 2020

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında müntəzəm birbaşa uçuşların yerinə yetirilməsinə noyabr ayının sonunda başlayacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə BƏƏ-nin "Flydubai" aviaşirkətinin açıqlamasında deyilir.

Aviaşirkətin məlumatına görə, BƏƏ ilə İsrail arasında birbaşa uçuşlara 26 noyabr tarixindən etibarən start veriləcək. Dubay-Təl-Əviv marşrutu üzrə həftədə 14 uçuş yerinə yetiriləcək. Ümumilikdə, bu aviareys üzrə hər gün iki reysin həyata keçirilməsi planlaşdırılır. Bir o qədər də reys əks istiqamətdə yerinə yetiriləcək. BƏƏ-dən İsrailə uçuş təxminən 3 saat davam edəcək.

APA-Economics

Digər xəbərlər