BNA: Bakının 100-dən çox küçəsində panduslar qurulub

BNA: Bakının 100-dən çox küçəsində panduslar qurulub
# 25 noyabr 2020 11:12 (UTC +04:00)

Bakı şəhərində 100-dən çox küçədə sağlamlıq imkanları məhdud insanlar üçün panduslar təşkil olunub.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, eyni zamanda səkilərlə bağlı "İdeal səki" layihəsi də həyata keçirilir ki, bu layihə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkətini təmin etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR