BNA: Kənd və qəsəbə istiqamətlərində yeni avtobuslar buraxılacaq

BNA: Kənd və qəsəbə istiqamətlərində yeni avtobuslar buraxılacaq
# 04 avqust 2020 18:15 (UTC +04:00)

Kənd və qəsəbə istiqamətlərində sərnişin sıxlığının qarşını almaq üçün bu istiqamətlərdə yeni 115 avtobus buraxılacaq.

APA-Economics”in məlumatına görə bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev əlavə ekspres xətlərin təşkili və sərnişindaşımayla bağlı təşkil olunmuş brifinqdə deyib.

M. Ağayev qeyd edib ki, bura ancaq kiçik həcmli yox, həm də iri tutumlu yəni 18 metrlik avtobuslar daxildir, çünki bəzi istiqamətlərdə onlara manevr etmək üçün şərait mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR