BTQ ilə 15 mininci konteyner daşınıb

BTQ ilə 15 mininci konteyner daşınıb
# 14 dekabr 2020 11:11 (UTC +04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 15 mininci konteyner daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”dən "APA-Economics"ə verilən məlumata görə, 15 mininci konteyner Türkmənistan - Türkiyə marşrutu ilə hərəkət edən qatarın tərkibində olub.

Məlumaеa görə, 40 futluq konteyner Türkmənbaşı limanından operatoru "ADY Konteyner” olan “Silver Star”fider gəmisi vasitəsilə Bakı limanına çatdırılıb. Daha sonra Azərbaycan ərazisindən keçərək Gürcüstanın Axalkalaki stansiyasına, oradan isə Türkiyəyə yola salınıb. 15 mininci konteynerlə Türkiyəyə polipropilen daşınıb. Daşımanı “ADY Konteyner” şirkəti həyata keçirib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, indiyədək bu dəmir yolu ilə ümumilikdə 21 260 TEU konteyner daşınıb. Bu ilin əvvəlindən isə bu rəqəm 10 779 TEU olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR