BTQ ilə konteyner daşınması 40% artıb

BTQ ilə konteyner daşınması 40% artıb
# 25 dekabr 2019 14:13 (UTC +04:00)

Bu il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 5810 (TEU) konteyner daşınıb, bu da keçən ilin göstəricisi ilə müqayisədə 40,5% çoxdur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”dən “APA-Economics”ə verilən məlumata görə, 2017-ci il oktyabrın 30-da istifadəyə verilən BTQ ilə yükdaşımaların həcmi durmadan artır. Belə ki, ötən il bu xətlə 4 135 (TEU), bu il isə 5 810 (TEU) konteyner daşınıb.

Məlumata əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə on mininci konteyner daşınıb. 40 futluq konteyner Türkiyə-Qazaxıstan marşrutu ilə hərəkət edən blok qatarının tərkibində ölkəmizin ərazisindən keçərək, Qazaxıstanın “Yeti Su” stansiyasına çatdırılıb.

“20 konteynerdən ibarət blok qatarının yükü dizel yanacağı ilə işləyən minik avtomobilləri olub. Daşıma “ADY Konteyner”nin operatorluğu ilə həyata keçirilib”, - deyə “ADY Konteyner”dən bildirlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR