"Babək" gəmisi əsaslı təmirdən sonra istismara qayıdıb

"Babək" gəmisi əsaslı təmirdən sonra istismara qayıdıb
  • Clock-gray 09:26
  • calendar-gray 18 Noyabr 2020

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” gəmisi əsaslı təmir olunub.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində tankerin baş və köməkçi mühərrikləri, nasosları, hava kompressorları, yağ və yanacaq seperatorları, avar valları, elektrik mühərrikləri təmir olunub. Gəmi üzrə avtomatika və elektrik-quraşdırma işləri görülüb, dəmir təbəqələr dəyişdirilib. Göyərtədə  yük, buxar, yanğın boruları sazlanıb və yeniləri ilə əvəzlənib. Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

Məlumata görə, təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçirib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Məlumat üçün bildirək ki, uzunluğu 149, 9 metr, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.

Emil İsmayılov

Digər xəbərlər