Badamdarda 7.8 km uzunluğa malik küçə və yolda aparılan təmir başa çatıb

Badamdarda 7.8 km uzunluğa malik küçə və yolda aparılan təmir başa çatıb
# 25 dekabr 2020 12:08 (UTC +04:00)

Badamdar qəsəbəsi üzrə 1,2 və 3-cü yaşayış massivlərində 7.8 km uzunluğa malik küçə və yollarda aparılan təmir işləri artıq bitib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən xəbərlərə görə, Səbail rayonu Badamdar qəsəbəsinin 1-ci yaşayış massivində ümumi uzunluğu 2.9 km olan Vaqif Mustafazadə,Cənub, Mirzə Şəfi Vazeh və Natəvan küçələri, həmçinin Qəburstanlıq yolunda, 2-ci yaşayış massivində ümumi uzunluğu 2.4 km olan Bağlar döngəsi, 2 və 9-cu döngələr, həmçinin 4,5 və 11-ci küçələr, 3-cü yaşayış massivində isə ümumi uzunluğu 2.5 km olan 26, 28, 30, 32 və 33-cü küçələrdə aparılan təmir işləri yekunlaşıb.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılaraq yekunlaşdırılıb.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail rayonunda ümumi uzunluğu 6 km olan 7 küçədə təmir işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR