"Bakcell" 4G şəbəkəsinə keçmək istəyənlər üçün xüsusi kampaniya elan edib

"Bakcell" 4G şəbəkəsinə keçmək istəyənlər üçün xüsusi kampaniya elan edib
# 19 mart 2021 11:17 (UTC +04:00)

“Bakcell” şirkəti özünün 4G/LTE şəbəkəsinə keçmək istəyən abunəçilər üçün xüsusi kampaniya elan edib. Belə ki, 3G SİM-kartlarından istifadə edən abunəçilər “Bakcell”in istənilən müştəri xidməti mərkəzi, rəsmi və ya diler mağazasına yaxınlaşmaqla pulsuz 4G SİM kartı və 5 GB həcmində internet trafiki hədiyə alacaqlar.

“Bakcell”in 4G şəbəkəsinə keçməklə, abunəçilər ölkənin ən sürətli mobil şəbəkəsindən yararlanacaq və qarşıdan gələn Novruz bayramı günlərində yüksək sürətli “Bakcell” internetindən PULSUZ faydalanacaqlar. “Bakcell”in 4G xidməti gündəlik mobil internet istifadəsi üçün daha yüksək sürəti təmin edir. 4G əsasən daha sürətli, rahat və sabit texnologiya deməkdir.

“Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə yararlanmaq imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində “Bakcell” abunəçiləri 4K kontentini izləmək və yükləmək, onlayn təhsil, konfrans və əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video strimlərini izləmək və yüksək sürətli internet tələb edən digər xidmətlərdən istifadə etmək imkanına malikdirlər.

Dünyaca məşhur “OOKLA” şirkəti üç dəfə ardıcıl olaraq “Bakcell” şəbəkəsini Azərbaycanın ən sürətli mobil şəbəkəsi adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR