"Bakcell" Bakıdakı beynəlxalq konfransa dəstək verib - FOTO

"Bakcell" Bakıdakı beynəlxalq konfransa dəstək verib - FOTO
# 17 fevral 2020 17:53 (UTC +04:00)

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyinin, Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin və Bir Yol, Bir Kəmər Elm və Texnologiya alyansının təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet və elmi mərkəzləri təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edib.

Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr və panel müzakirələri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR