"Bakcell" "Klass" tariflərini yeniləyib

"Bakcell" "Klass" tariflərini yeniləyib
# 14 dekabr 2020 13:06 (UTC +04:00)

Bakcell özünün yenilənmiş Klass tarifləri vasitəsilə indi eyni qiymətə daha çox internet və dəqiqə təklif edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bundan sonra, "Bakcell" abunəçiləri istifadə etdikləri Klass paketlərində daha çox internet və dəqiqə əldə edərək ölkənin ən sürətli mobil şəbəkəsinin potensialından və üstün müştəri təcrübəsindən yararlana biləcəklər. Yeni Klass tarifləri aşağıdakı üstünlükləri təqdim edir:

- “Klass 10” (əvvəlki “Klass XL” tarifi): ayda 10 manata 1 GB İnternet və 250 dəqiqə əvəzinə 2 GB İnternet və 300 ölkədaxili dəqiqə;

- “Klass 25” (əvvəlki “Klass XXL”): ayda 25 manata 2 GB İnternet və 750 dəqiqə əvəzinə 15 GB İnternet, 800 şəbəkədaxili və 250 şəbəkəxarici dəqiqə;

- “Klass 50” (əvvəlki “Klass 3XL”): ayda 50 manata 10 GB İnternet və 2 000 dəqiqə əvəzinə 20 GB İnternet, şəbəkədaxili zənglər üçün 2 500 dəqiqə, şəbəkəxarici zənglər üçün 500 dəqiqə və rouminqdə 2 GB İnternet trafiki (1GB əvəzinə);

- “Klass 5” (əvvəlki “Klass L”): ayda cəmi 5 manata 100 ölkədaxili dəqiqə və 500 MB (200 MB əvəzinə).

Bundan əlavə, "Bakcell" tam yeni “Klass 15” tarifini təqdim edib. Bu tarif sayəsində abunəçilər ayda 15 AZN ödəməklə ölkədaxili zənglər üçün 450 dəqiqə və 5 GB İnternet əldə edəcəklər.

Yeni Klass tarifləri və qoşulma şərtləri barədə daha ətraflı məlumat https://www.bakcell.com/klass/az/klass/ səhifəsində yerləşdirilib.

“Biz müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi müştəri təcrübəsinin təkmillləşdirilməsi üzərində daim çalışırıq. “Klass” tarifinin istifadəçiləri indi eyni qiymətə daha çox internet trafiki və dəqiqə əldə edərək Azərbaycanın ən sürətli mobil şəbəkəsinin üstünlüklərindən daha sərfəli şərtlərlə yararlanacaqlar. Yenilənmiş “Klass” tarifləri yerli bazarın ən sərfəli və rahat təkliflərindən biridir”, - deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Qeyd edək ki, bütün Klass tariflərində limitsiz WhatsApp yazışması (yalnız mətn) pulsuzdur. “Klass 50” paketinin istifadəçiləri isə “WhatsApp”dan pulsuz və limitsiz olaraq istifadə etmək imkanına malikdirlər.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini daim inkişaf etdirərək abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edir. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülən Bakcell şəbəkəsi bunun üçün bütün texniki imkanlara malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR