"Bakcell" Qarabağda mobil şəbəkə quracaq

"Bakcell" Qarabağda mobil şəbəkə quracaq
# 23 oktyabr 2020 17:40 (UTC +04:00)

Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti mobil şəbəkəsini işğaldan azad olunan torpaqlara doğru genişləndirəcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, hazırda cəbhəyanı ərazilərdə mobil rabitə xidməti səyyar baza stansiyaları vasitəsilə göstərilir.

Xatırladaq ki, 2017-ci ildə Şirkət Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra “Bakcell” şirkəti Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR