"Bakcell" onlayn iş və təhsil üçün internet paketi təqdim edib

"Bakcell" onlayn iş və təhsil üçün internet paketi təqdim edib
  • Clock-gray 13:07
  • calendar-gray 25 Fevral 2021

Hazırkı dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, “Bakcell” onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni “Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata “Bakcell” abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək.

Yeni internet paketi “Skype”, “Zoom”, “MS Teams” və “Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet istifadəçiləri “Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar.

“Online iş və təhsil” internet paketi barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/online-edu-work səhifəsində tanış olmaq olar.

Qeyd edək ki, Covid-19 pandemiyası zamanı “Bakcell” şirkəti müəllimlər üçün xüsusi tarif təqdim etməklə ölkədə onlayn tədris prosesinin keyfiyyətinin artırılmasına öz töhfəsini verib. Belə ki, xüsusi təklif çərçivəsində minlərlə müəllim ayda cəmi 5 AZN ödəməklə pulsuz mobil nömrə, müəllimlər arasında pulsuz zəng imkanı, 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə əldə edir.

“Bakcell” şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim etməyə davam edəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər