Bakı-Gəncə-Bakı istiqamətində 30 və 31 dekabr tarixlərinə əlavə qatar təyin edilib

Bakı-Gəncə-Bakı istiqamətində 30 və 31 dekabr tarixlərinə əlavə qatar təyin edilib
  • Clock-gray 10:13
  • calendar-gray 26 Dekabr 2019

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişinlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

QSC-dən "APA-Economics"ə verilən məlumata görə, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib. Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.

Mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcək.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date