Bakı Limanı: Hazırda limanda xeyli TIR toplanıb

Bakı Limanı: Hazırda limanda xeyli TIR toplanıb
# 11 mart 2020 11:22 (UTC +04:00)

Hazırda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda (Bakı Limanı) xeyli sayda TIR-ın toplanması müşahidə edilir.

"APA-Economics"in məlumatına görə, bu barədə “Caspian European Club”ın Bakıda təşkil etdiyi Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktorunun müşaviri Tural Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirusun (COVID-19) yayılması fonunda Türkiyə TIR-larının İran ərazisi ilə Türkmənistana keçidinə məhdudiyyət qoyulmasıdır.

"Bakı Lımanı keçid prosedurlarını asanlaşdırmaq məqsədilə çox gözləmədən TIR-ların qarşı tərəfə keçməsi üçün bütün lazımi tədbirəri həyata keçirir", - deyə T. Əliyev qeyd edib.

O, koronavirusun yükdaşımalara mənfi təsir göstərdiyini, bu səbəbdən limandan keçən müəyyən tranzit yüklərin bəzi ölkələr tərəfindən qəbul edilməməsinin problem yaratdığını söyləyib.

T. Əliyev onu da əlavə edib ki, ötən il liman üzrə konteyner, vaqon, avtomobil və sərnişin daşımalarında 11%-dən 50%-dək artım qeydə alınıb. Liman bu il də bütün istiqamətlər üzrə artım gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR