Bakı Limanı gübrə terminalının tikintisinə hazırlaşır

Bakı Limanı gübrə terminalının tikintisinə hazırlaşır
# 16 mart 2021 13:16 (UTC +04:00)

Bu il Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanda mineral gübrələrin aşırılması (ötürülməsi) üzrə terminalın tikintisinə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Polşanın "Intermodal news" logistika sahəsi üzrə ixtisaslaşmış xəbər portalına Limanın baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, terminalın illik ötürmə gücü 2,5 mln. ton təşkil edəcək. Bu terminal xüsusilə Mərkəzi Asiyadan gələn yüklər üçün yaradılacaq.

"Hazırda limanda 11 giriş zolağı (dəmir yolu – red.) var. Birinci mərhələdə bu, kifayətdir. Bundan əlavə, əsas vəzifəmiz vaqonları limanda yığmaq deyil, mümkün qədər tez təyinat yerinə çatdırmaqdır. Eyni zamanda, xüsusi ehtiyaclar üçün əlavə yollar tikəcəyik. Məsələn, biz yeni taxıl terminalının tikintisini planlaşdırırıq, bunun üçün də ayrı dəmiryol xətti yaradılacaq", - T. Ziyadov qeyd edib.

Xatırladaq ki, Bakı Limanı Ələtdə (Bakıdan 70 km cənubda yerləşən qəsəbə), iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bura, eyni zamanda Azərbaycanın əsas dəmiryolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edir və regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır. hazırda Limanın illik ötürmə (yükaşırma) qabiliyyəti 15 mln. ton təşkil edir (həmçinin 100 min TEU konteynerlər), bu da müəssisənin inkişafının birinci mərhələsində nəzərdə tutulan göstəricidir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb. İkinci mərhələ çərçivəsində bu göstəricinin 25 mln. tona (həmçinin 500 min TEU konteyner) çatdırılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR