“Bakı Metropoliteni” QSC sədri: “Ümidvarıq ki, yeni stansiyanı ilin axırına qədər istismara verəcəyik”

“Bakı Metropoliteni” QSC sədri: “Ümidvarıq ki, yeni stansiyanı ilin axırına qədər istismara verəcəyik”
# 08 may 2020 17:37 (UTC +04:00)

“Pandemiyaya baxmayaraq, metropolitendə təxirəsalınmaz işləri davam etdirmişik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni stansiyanın da tikintisi davam edir: “Ümidvarıq ki, başqa problem olmasa, ilin axırına qədər stansiyanı istismara verəcəyik. Metropoliten tikintisi külli miqdarda ayrı-ayrı avadanlığın quraşdırılması deməkdir. Bu avadanlıqların hamısı ölkə daxilində istehsal olunmur. Avadanlığın bir hissəsini xaricdən gətiririk. Bu səbəbdən mümkündür ki, problem olsun. Stansiyanın açılışı da yalnız ona görə gecikə bilər. Qalan bütün işlərin hamısı bitib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR