Bakı, Ələt və Aktau limanları arasında yükdaşıma trafiki ilin sonuna 1 mln. tona çata bilər

Bakı, Ələt və Aktau limanları arasında yükdaşıma trafiki ilin sonuna 1 mln. tona çata bilər
# 22 sentyabr 2020 15:39 (UTC +04:00)

Bu ilin sonuna "Orta dəhliz" vasitəsi ilə Azərbaycanın Bakı, Ələt və Qazaxıstanın Aktau limanları arasında yükdaşımaların həcmi 1 mln. tona çata bilər.

"APA-Economics"in məlumatına görə, bunu "Avrasiya bağlantısı və COVID-19 pandemiyası dövründə Orta dəhlizin artan rolu" adlı beynəlxalq vebinarda çıxış edən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının Baş katibinin müavini Leyla Batırbekova deyib.

Onun sözlərinə görə, sözügedən limanlar arasında bu ilin birinci yarısında artıq 0,5 mln. ton yük daşınıb və pandemiyaya baxmayaraq, yükdaşımalar davam etdirilir.

"Şərq istiqamətində olan yükdaşımalarda çətinliklər pandemiya ilə bağlı deyil, əsasən neftin ucuzlaşması və valyuta məsələləri ilə bağlıdır. Nəticə etibarilə ixrac azalır. Qərb istiqamətində isə artım bizdə 16%, Bakı limanında isə 27% təşkil edib ki, bu yaxşı göstəricilərdir", - deyə L. Batırbekova qeyd edib.

O həmçinin əlavə edib ki, son vaxtlardakı rəqəmsallaşma sənədləşmə işlərini asanlaşdırıb və sürətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR