Bakı metrosunda fiberoptik kabelləşmə işləri yekunlaşmaq üzrədir

Bakı metrosunda fiberoptik kabelləşmə işləri yekunlaşmaq üzrədir
  • Clock-gray 14:33
  • calendar-gray 17 Yanvar 2020

"Bakı Metropoliteni" QSC tərəfindən fiberoptik kabelləşmə işləri son mərhələdədir və işlər tamamlanan sonra bütün infrastrukturun daha təhlükəsiz və rahat idarə olunmasına imkan yaradacaq.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, məsələn, hazırda optik kabellərdən istifadə olunaraq ventilyatorlar dispetçer məntəqəsinə qoşulub: "Bu il Qırmızı və Yaşıl xətlər üçün nəzərdə tutulan 16 ədəd ventilyatorlar alınacaq. Bu ventilyatorlar fevral-mart aylarında gətiriləcək. Onların böyük hissəsinin yay aylarınadək quraşdırılması nəzərdə tutulur ki, bu məqsədlə ilkin hazırlıq işlərinə başlanılıb".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date