Bakı metrosunda qatarların təmir prosesi avtomatlaşdırılır

Bakı metrosunda qatarların təmir prosesi avtomatlaşdırılır
# 02 mart 2020 16:35 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC qatarların təmir prosesini avtomatlaşdıracaq.

Bunu "APA-Economics"ə "Bakinity" şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, layihənin icrasına dair müqavilə imzalanıb və yaxın vaxtlarda zəruri avadanlıqlar gətirildikdən sonra işlərə start veriləcək: "Hazırda layihənin planlaşdırılması üzrə işlər aparılır. Təmir prosesinin avtomatlaşdırılması SAP həlləri üzərində qurulacaq. Bu platforma qatarların vəziyyətinin monitorinqini aparmağa imkan yaradacaq. Layihə çərçivəsində infrastruktur dəyişdiriləcək və hiperkonvergent sistemlər quraşdırılacaq. Layihənin cari ilin sonunadək tamamlanması gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR