Bakı metrosunda stansiya rəislərinin iş yerləri dəyişdirilib

Bakı metrosunda stansiya rəislərinin iş yerləri dəyişdirilib
# 01 fevral 2021 15:56 (UTC +04:00)

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də stansiya rəislərinin iş yerləri dəyişdirilib.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, müəssisədə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir.

“Yeni inşa olunan və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar. Stansiya rəislərinin yerdəyişməsi Bakı metropolitenində mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir”, - QSC-dən bildirilib.

Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir.

Bunlardan əlavə, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq Bakı metropolitenində kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR