Bakı metrosunun yeni xətləri ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq

Bakı metrosunun yeni xətləri ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq
# 07 yanvar 2021 14:18 (UTC +04:00)

Bakı metropolitenində gələcəkdə tikiləcək bütün yeni xətlər ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, xətlərin konseptual inkişaf sxeminə uyğun olaraq, Bənövşəyi xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiya tikiləcək. Onlardan biri “8 Noyabr” stansiyasının tikinti ərazisində yerləşir.

İnkişaf perspektivinə uyğun olaraq, yeni xətlərin inşasında alternativ enerji təminatı məsələsi xüsusi yer tutur. “8 Noyabr” stansiyasının tikinti sahəsində gücü 16 MVA olan dizel-generator stansiyası da inşa edilir və xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyacları ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR