Bakı və Abşeronda tullantı sularının idarə olunmasına 38 mln. manatdan çox yatırılacaq

Bakı və Abşeronda tullantı sularının idarə olunmasına 38 mln. manatdan çox yatırılacaq
  • Clock-gray 11:13
  • calendar-gray 06 Yanvar 2021

"Azərsu" ASC tərəfindən kanalizasiya kollektorlarının tikintisinə və yağış və tullantı sularının idarə olunması sisteminin yaradılmasına dair keçirilən tenderlərin qalibləri müəyyənləşib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, ASC-nin elan etdiyi tenderlərin qalibləri "Tunel Tikinti Servis" MMC və "Protean Construction" ASC seçilib. Şirkətlərlə ümumi dəyəri 38,33 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən, "Tunel Tikinti Servis" şirkəti tərəfindən Pirşağı tullantı sutəmizləyici qurğusunun gətirici kanalizasiya kollektorlarının tikinti (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru) işləri, "Protean Construction" tərəfindən isə Ceyranbatan gölünün şimal şərq hissəsində (Saray qəsəbəsi istiqamətində) yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması (I mərhələ) işləri aparılacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər