Bakıda TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası keçiriləcək

Bakıda TRACECA Hökumətlərarası Komissiyanın XIV iclası keçiriləcək
# 02 dekabr 2019 10:26 (UTC +04:00)

Dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək.

APA-Economics”in Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə,

tədbirlərdə TRACECA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, TRACECA – MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR