Bakıda bu il tikinti işləri ən çox Nəsimi rayonunda aparılıb

Bakıda bu il tikinti işləri ən çox Nəsimi rayonunda aparılıb
# 04 noyabr 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4,77 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 5,3% çoxdur.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu il dəyər ifadəsində ən çox inşaat işləri Bakının Nəsimi rayonunda aparılıb. Belə ki, hesabat dövründə sözügedən rayonda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri illik müqayisədə 8,3% artaraq 1,18 mlrd. manata çatıb. Bu göstəriciyə görə ikinci olan Xətai rayonunda 666,39 mln. manatlıq tikinti işləri həyata keçirilib ki, bu da illik müqayisədə 8,6% çoxdur. Ardınca gələn Nərimanov rayonunda isə 637,55 mln. manat dəyərində tikinti işləri aparılıb ki, bu da illik ifadədə 22,6% artım deməkdir.

Qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr aylarında dəyər ifadəsində ən az tikinti işləri Xəzər rayonunda aparılıb. Hesabat dövründə sözügedən rayonda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 5,3% azalaraq cəmi 18,16 mln. manat təşkil edib. İnşaat işlərinin dəyərində ən kəskin artım Sabunçu rayonunda, ən kəskin azalma isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, hesabat dövründə Sabunçu rayonunda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri illik 52,4% artaraq 234,06 mln. manat təşkil edib, Suraxanı rayonunda isə 31,7% azalaraq 89,09 mln. manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR