Bakıda keçiriləcək bir sıra beynəlxalq sərginin vaxtı dəyişdirilib

Bakıda keçiriləcək bir sıra beynəlxalq sərginin vaxtı dəyişdirilib
  • Clock-gray 14:28
  • calendar-gray 06 Aprel 2020

Dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar "Caspian Event Organisers" şirkəti Bakıda keçiriləcək bir sıra beynəlxalq sərgilərin tarixlərini dəyişib. Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib.

Şirkətdən verilən məlumata görə, vaxtları dəyişdirilən sərgilərin sırasında 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri yer alıb. Bu tədbirlər cari ilin 18-20 noyabr tarixlərində keçiriləcək.

Bundan başqa, bu il keçiriləcəyi planlaşdırılan daha üç sərginin vaxtları dəyişdirilərək 2021-ci ilə keçirilib. Bu sərgilər sırasına 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi (AITF – 8-10 aprel 2021-ci il), 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi ("TransLogistica Caspian" – 28-30 aprel 2021-ci il) və 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi ("Caspian Oil and Gas" – 1-3 iyun 2021-ci il) daxildir.

"Bu il keçirilməsi nəzərdə tutulan digər sərgilər plana uyğun olaraq təşkil olunacaq", - deyə şirkətdən bildirilib.

Hüseyn Vəliyev

Digər xəbərlər