Bakıda şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq

Bakıda şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqlar dövlət ehtiyacları üçün alınacaq
# 23 iyun 2020 11:53 (UTC +04:00)

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb ki, qərarda nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

Qeyd edək ki, Nazirlər Kabineti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanına və “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli sərəncamına əsasən belə bir qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR